RU

Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcəklər (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanıntelekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumuİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vəTürkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olanİnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK)nümayəndələri arasında görüş keçirilib.

Trend bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərverir.

İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov ölkəmizdə rəqəmsaltransformasiya sahəsində atılan addımlar, sektorunmodernləşdirilməsi və tənzimləmə mexanizmlərinin beynəlxalqstandartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədəməlumat verib.

Bildirilib ki, İKTA ilə BTK arasında əməkdaşlığın inkişafımüasir çağırışlara çevik reaksiya verilməsi, iki ölkənintelekommunikasiya bazarlarında təhlükəsizliyin və xidmətkeyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə radiospektr idarəçiliyi, şəbəkə dayanıqlığı, fövqəladəhallarda qarşılıqlı məlumat mübadiləsi, eləcə də sosial mediaplatformalarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsiningenişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər gələcəkəməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələrin icrasıbarəsində razılığa gəliblər.

Azərbaycan
Azərbaycan
Избранный
61
8
az.trend.az

9Источники