RU

Azərbaycan millisi FIFA reytinqində gerilədi

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandası FİFA-nın yenilənmiş reytinq cədvəlində geriləyib. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız siyahıda 4 pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Hazırda aktivində 1132.97 xal olan yığmamız əvvəlki siyahıda 1142.25 xalla 123-cü pillədə idi.

Bu geriləməyə səbəb millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlardakı uğursuzluqlar olub.  Belə ki, komanda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub. Dünya reytinqinə isə 1877.18 xalla İspaniya millisi başçılıq edir.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.
 

Избранный
66
8
teleqraf.com

10Источники