Azərbaycan milli komandası FİFA-nın yenilənmiş reytinq cədvəlində geriləyib.
QOL.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız siyahıda 4 pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Hazırda aktivində 1132.97 xal olan yığmamız əvvəlki siyahıda 1142.25 xalla 123-cü pillədə idi.
Bu geriləməyə səbəb millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlardakı uğursuzluqlar olub. Belə ki, komanda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub. Dünya reytinqinə isə 1877.18 xalla İspaniya millisi başçılıq edir.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.