RU

İran prezidenti Səudiyyə şahzadəsinə Trampla görüşdən bir gün əvvəl gizli məktub yazıb...


Aydın Mirzəzadə: “Bu baxımdan İran tərəfi Donald Trampın qismində münasibətləri düzəldə biləcək bir şəxs görür, birbaşa əlaqələri olmadığına görə o...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ABŞ-a səfər edəcək. Şahzadə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl İran prezidenti Məsud Pezeşkyandan məktub alıb.

Məktubun məzmunu tam olaraq açıqlanmır. Maraqlıdır, İran prezidenti Səudiyyə Şahzadəsinə Trampla görüşə getmək ərəfəsində nə yaza, hansı mesajları verə bilərdi?

Mübariz Göyüşlü: “İran bu ünsiyyət kanalından istifadə edərək danışıqları bərpa etmək istəyi irəli sürə bilər”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, dünya siyasətində yeni gedişat kimi qəbul olunmalıdır. Həm Amerika, həm də İran administrasiyasının bir sıra məsələlərə ənənəvi baxışdan fərqli fəaliyyətləri hiss olunur: “Bu baxımdan İran tərəfi Donald Trampın qismində münasibətləri düzəldə biləcək bir şəxs görür. Birbaşa əlaqələri olmadığına görə o qonşu dövlət vasitəsilə Trampa məktub göndərir. Ümid edirəm ki, məlum məktub İranla Amerika arasında münasibətlərin istiləşməsinə səbəb olacaq. Çünki dünya gərginlikdən bezib. Dünya sakitlik, problemlərin aradan qalxmasını istəyir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bir zamanlar Səudiyyə Ərəbistanı ilə İran arasında çox gərgin münasibət olub: “İranın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi vasitəsilə ABŞ-a müraciət etməsi onu göstərir ki, bu iki dövlət arasında münasibətlər istiləşməyə doğru gedir. İstənilən halda, mehriban qonşuluq istiqamətində addımların atılması dünya tərəfindən müsbət qəbul olunur. Hər halda biz yeni gedişatın başlandığını müşahidə edirik, onun müsbət nəticələnməsini gözləyirik”.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranla ABŞ arasında münasibətlər hələ də gərgin olaraq qalır: “Heç bir tərəf öz iddialarından geri çəkilmir və çəkilmək fikrində də deyil. Həmin məktubda bir sıra nüanslar qeyd edilə bilər. Mənimfikrimcə, həmin məktubda danışıqları yenidən bərpa etmək çağırışı ola bilər. İran bu ünsiyyət kanalından istifadə edərək danışıqları bərpa etmək istəyi irəli sürə bilər. Amerikanın məktuba necə cavab verəcəyi də maraqlıdır. Amerika tərəfi danışıqlar məsələsinə müəyyən şərtlər altında razılaşa bilər”.

Günel CƏLİLOVA

Избранный
53
baki-xeber.com

1Источники