RU

Kim kimdən qaz qazanır? — Rusiya Çinə maye qazı yarı qiymətə təklif edir

Rusiyanın ən böyük maye təbii qaz (MTQ) istehsalçısı olan “Novatek” yay aylarının sonunda sanksiyalara məruz qalmış “Arktik SPG-2” zavodundan Çinə göndərilən yanacaq üzrə alıcılara 30–40% güzəştlər tətbiq etməyə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Novatek” 29 avqustda zavoddan Çinə ilk MTQ partiyasını göndərib və bu zaman Asiya bazarında qazın milyon BTU üçün 11 dollar olan baza qiymətinə 3–4 dollarlıq endirim tətbiq edilib. Ümumilikdə 14 tədarük həyata keçirilib və hər partiya üzrə endirim 40%-ə qədər çatıb. Reuters-in hesablamasına əsasən, beləliklə, yüklər bazar qiyməti 44 milyon dollardan yüksək olduğu halda, 28–32 milyon dollara satılıb.

Eyni zamanda, Çinə tədarüklər başlamazdan əvvəl “Novatek” “Arktik SPG-2” zavodundan alınan maye qazın saxlanması üçün milyonlarla dollar xərcləyirdi. Məhsulun bir hissəsi dənizdə dayanan tankerlərdə saxlanılırdı. Reuters-ə danışan Pekindəki iki yüksək vəzifəli mənbənin sözlərinə görə, Çin hökuməti sanksiya altında olan zavoddan MTQ alınmasına icazə verib. Bundan sonra tankerlər dövlət şirkəti PipeChina-ya məxsus Beyxay limanına istiqamətləndirilib.

Agentliklə söhbət edən Çinli treyderin sözlərinə görə, terminallardan əvvəllər müxtəlif ölkələrdən — o cümlədən ABŞ-dan — MTQ qəbul edilirdi, lakin avqustdan bəri liman yalnız Rusiyadan gələn maye qazın qəbuluna ixtisaslaşıb. Bu fonda Böyük Britaniya hökuməti limana qarşı sanksiyalar tətbiq edib.

Musavat.com

 

Избранный
30
musavat.com

1Источники