RU

Kaşıkçının qətli ilə bağlı sualda onu müdafiə etdi

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşüb.

“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, iki ölkə lideri görüşdən sonra Oval kabinetdə jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransı zamanı jurnalistlərdən biri Trampa 2018-ci ildə səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının İstanbulda qətlə yetirilməsi hadisəsinə dair sual ünvanlayıb. 

O isə cavabında Məhəmməd bin Salmanın həmin hadisədən xəbəri olmadığını, bir çoxlarının Camal Kaşıkçını sevmədiyini deyib:

“Haqqında bəhs etdiyiniz şəxsi bir çoxları sevmirdi, belə şeylər olur, lakin onun (Məhəmməd bin Salman – red.) bundan xəbəri olmayıb”.

Xatırladaq ki, ABŞ-də yaşayan jurnalist və Səudiyyə Ərəbistanı hökumətini tənqid edən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səsləndirilib.

"Cebheinfo.az"

Избранный
5
1
cebheinfo.az

2Источники