RU

Lukaşenko Misir prezidentini tezliklə Belarusda qəbul edəcəyinə ümid edir -ÖZƏL 

Belarus Prezidenti Aleksandr Lukaşenko Misir Prezidenti Əbdülfəttah əs-Sisini tezliklə Minskdə qəbul edəcəyinə ümid etdiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı BelTA agentliyi yayıb. Lukaşenko Misir liderini ad günü münasibətilə təbrik edərək dəvəti qəbul etdiyi üçün təşəkkür edib:
"Ümid edirəm yaxın vaxtlarda görüşümüz baş tutacaq və bu, ikitərəfli əməkdaşlığa, hər iki ölkənin maraqlarına cavab verən birgə layihələrin reallaşmasına yeni impuls verəcək."
Belarus dövlət başçısı Misir prezidentinin Yaxın Şərq və Afrika regionunda sabitliyin möhkəmlənməsində, mürəkkəb böhranların diplomatik həlli istiqamətində gördüyü şəxsi səyləri yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Belarus-Misir münasibətləri qarşılıqlı etimad və dostluq prinsipləri əsasında inkişaf etməkdə davam edir: "Əməkdaşlığımız sənaye və kənd təsərrüfatından tutmuş təhsil, elm və texnologiyaya qədər geniş sahələri əhatə edir."
Lukaşenko Misirin son illər sosial-iqtisadi inkişaf, modernizasiya və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli yol keçdiyini də vurğulayıb:
"Belarus Misir hakimiyyətinin xalqın rifahının artırılması və ölkənin ərəb dünyası və Afrika qitəsində əsas güc mərkəzlərindən birinə çevrilməsi istiqamətində atdığı addımları böyük hörmətlə izləyir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники