Gələn il baş tutacaq DÇ-2026-da iştirak edəcək 48 komandadan 42-si məlumdur.

Offsideplus.az xəbər verir ki, ötən gecə daha 8 yığma vəsiqəni əldə edib:İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kurasao və Haiti.

Ümumilikdə isə turnirdə iştirak edəcək 48 komandadan 42-si müəyyənləşib:ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kurasao və Haiti.

Qeyd edək ki, mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Turnir 2026-cı ilin iyunun 11-də başlayacaq və iyulun 19-na qədər davam edəcək.