RU

Belçika Lixteynşteyni darmadağın edərək dünya çempionatına vəsiqə qazandı

DÇ-2026-nın seçmə mərhələsində sonuncu pillədə qərarlaşan Lixteynşteyn yığması ilə qarşılaşan Belçika millisi qrup liderliyini rəsmiləşdirmək üçün həlledici oyuna çıxmışdı.

90deqiqe.Az-ın məlumatına görə,  görüş artıq 3-cü dəqiqədə məhsuldar başlayıb və sağ cinahdan atılan autdan sonra baş verən qarışıqlıqdan yararlanan Hans Vanaken topu qapıdan keçirib – 1:0.

Bir qədər sonra Aleksis Salemakersin sağ cinahdan ötürməsi Jeremi Doku üçün ideal imkan yaradıb və hücumçu topu yerə zərbə ilə qapıya göndərib – 2:0. Doku fərqlənməyə davam edib – öz driblinqi ilə rəqib müdafiəçini aldadaraq cərimə meydançasının solundan dəqiq zərbə vurdu və hesaba daha bir qol əlavə edib – 3:0.

İkinci hissəyə də belçikalılar üstün başlayıb. Yuriy Tilemansın sol küncdən qaldırdığı top rəqib müdafiəçiyə dəyərək qapıya yönəldib Ardınca Tilemans sol cinahdan daha bir asma edib, Şarl de Ketelare topu geriyə ötürüb və Brendon Mexele yaxın məsafədən toxunaraq fərqi artırıb – 4:0.

Tilemansın uzaq məsafədən zərbəsini qapıçı dəf edə bilmədi, top qapı ağzına düşdü və Salemakers düzgün mövqedən istifadə edərək hesabı 5:0 edib. Daha sonra sürətli əks-hücuma çıxan belçikalılar Doku–de Ketelare tandemi ilə növbəti qolu vurub – 6:0. Cəmi yeddi dəqiqə sonra isə Timoti Kastanın ötürməsindən sonra Toma Myonyenin zərbəsi de Ketelare üçün qol ötürməsinə çevrilib – 7:0.

Belçika millisi rəqibinə heç bir şans vermədən mundiala vəsiqəni təmin edib. Lixteynşteyn isə seçmə mərhələdə bütün oyunlarda məğlub olub.

Избранный
49
90deqiqe.az

1Источники