RU

Azərbaycanın U-21 millisi Cəbəllütariq yığmasını səfərdə məğlub edib

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıAvropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

AFFA-dan Trend-əverilən məlumata görə, B qrupunda yer alan millimiz Cəbəllütariqinmüvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “EuropaPoint Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cüdəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını5-ə çatdırıb.

Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

Избранный
23
az.trend.az

1Источники