RU

"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı

style='margin-bottom:10px;'>

Super Liqa klubu “Qalatasaray” zədəli futbolçularının son durumu ilə bağlı rəsmi açıqlama yayıb.

QOL.az xəbər verir ki, "sarı-qırmızılılar"ın tibbi heyəti son dövrdə zədələnən İlkay Gündoğan, Yunus Akgün, Berkan Kutlu, Kaan Ayhan və Viktor Osimhenin mövcud vəziyyəti barədə açıqlama verib.

Belə ki, müalicəsi tamamlanan təcrübəli yarımmüdafiəçi İlkay Gündoğan komanda ilə birlikdə məşqə çıxıb.

Qasıq yırtığı əməliyyatı keçirən Yunus Akgün bu gün düz qaçışlara başlayıb.

Sol alt arxa əzələsində orta dərəcəli gərilmə aşkarlanan Berkan Kutlunun müalicəsi davam etdirilir. 

Milli komandalarından bu gün qayıdacaq Kaan Ayhan və Viktor Osimhen ilə bağlı dəqiq məlumatlar isə aparılacaq müayinələrdən sonra bəlli olacaq.

Избранный
47
4
teleqraf.com

5Источники