RU

Albalı kompotları niyə turşuyur?

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Hazırda qışa doğru gedirik. Yaydan insanlar qış üçün hazırlıq görür - turşu qoyur, kompot bağlayır və s. Bəzi hallarda isə bağlanan kompotların turşuması, yəni istifadəyə yararsız olduğunu görürük. Bu problem əsasən albalı kompotlarında daha çox müşahidə olunur.

Bəs bunun əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, doğrudan da, xüsusilə albalı kompotlarında turşuma və qaz əmələ gəlməsi (fermentasiya) halları digərlərinə nisbətən daha tez baş verir:

"Kompot bankaları və qapaqları yaxşı sterilizasiya olunmadıqda, içəridə qalan maya və bakteriyalar sonradan çoxalaraq şəkəri parçalayıb turşu və qaz əmələ gətirir. Qapaq şişir, açanda “pıss” səsi gəlir, içlikdə köpüklənmə və bulanıqlıq yaranır".

Onun sözlərinə görə, albalı meyvəsində şəkər nisbətən az, turşuluq və ferment aktivliyi isə yüksəkdir:

"Əgər şəkər miqdarı az olarsa və ya pH çox düşərsə, fermentativ turşuma üçün əlverişli mühit yaranır. Əgər qapaq tam oturmazsa, oksigen və mikroorqanizmlər içəri daxil olur. Bu zaman aerob bakteriyalar və mayalar aktivləşir, nəticədə məhsul turşuyur. Kompotlar isti və günəş düşən yerdə saxlanarsa, mikroorqanizmlərin çoxalma sürəti artır. Bəzi hallarda insanlar kompotu qapaqlayıb sterilizasiya etmədən birbaşa bağlayır. Bu halda içəridə qalan mikroorqanizmlər aktiv qalır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
1
redaktor.az

2Источники