Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “17 Noyabr – Milli Dirçəliş Günü” münasibətilə uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə Qobustan rayon turniri keçirilib.


Rekord.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaq və yeniyetmələr arasında stolüstü tennisin kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək istedadlı idmançıların müəyyənləşdirilməsi olub.


Turnirdə Qobustan idmançıları Nəhmətov Ramal, Məmmədli Vüsal, Qasımov Ramal və Şamaxı idmançısı Abdullayev Turan öz yaş qrupları üzrə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.