Məlum olduğu kimi, Nigeriya milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib,
Publika.az xəbər verir ki, Afrika seçmə mərhələsinin üçüncü turunda Konqo Demokratik Respublikasına uduzub. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penalti seriyasında isə nigeriyalılar 3:4 hesabı ilə məğlub olaraq dünya çempionatına qayıtmaq imkanını itiriblər.
Matçdan sonra Nigeriya baş məşqçisi Erik Şell penalti seriyası zamanı qeyri-adi bir müşahidəsini bölüşüb:
“Bütün penalti seriyası ərzində Konqo Demokratik Respublikası heyətindən bir şəxs vudu ritualı həyata keçirirdi. Bunu bütün vaxt boyu edirdi və məhz buna görə bir qədər gərgin idim. O, əlini silkələyir, sanki su səpir — bilmirəm, su idi yoxsa başqa bir şey”.
Şell əlavə edib ki, komandası penaltiləri oyundan əvvəl diqqətlə məşq etmiş və icraçıları seçmişdi, amma nəticə fərqli ola bilərdi: