RU

"Barselona"nın üç ilə yaxın davam edən "Nou Kamp" həsrəti bitir

"Barselona" futbol klubu növbəti ev oyununu "Nou Kamp" stadionunda keçirəcək.

Moderator.az bildirir ki, bu barədə Kataloniya təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

"Barselona" 2023-cü ilin mayından bəri ilk dəfə olaraq matçını əfsanəvi stadionda keçirəcək.

Qeyd edək "Nou Kamp"da 2.5 il təmir işləri aparılıb. Katalonların yenilənmiş stadionda ilk rəqibi "Atletik Bilbao" olacaq. Qarşılaşma noyabrın 22-də baş tutacaq.

Избранный
547
17
moderator.az

10Источники