AZ

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

“Barselona” uzun fasilədən sonra ilk dəfə yenidən “Kamp Nou” stadionunda meydana çıxacaq.

Bizim.Media xəbər verir ki, katalonlar İspaniya çempionatının 13-cü turunda “Atletik Bilbao”ya qarşı matçı doğma stadionunda keçirəcək.

Klub bu barədə rəsmi X (əvvəlki Twitter) hesabında açıqlama yayıb. Qarşılaşma 22 noyabr şənbə günü baş tutacaq.
 

Sonuncu dəfə katalonlar “Kamp Nou”da 2023-cü ildə La Liqanın 37-ci turunda “Malyorka” ilə qarşılaşıb və həmin matçda 3:0 hesablı qələbə qazanmışdılar.


Lakin stadion yayda təmir məqsədilə bağlandıqdan sonra "Barselona" yeni mövsümdə ev oyunlarını Luis Kompanis adına Olimpiya stadionunda keçirirdi.

Bizim.Media

Seçilən
445
50
bizim.media

10Mənbələr