RU

TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib (FOTO)

Bakı. Trend:

ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyasıçərçivəsində ilk dəfə olaraq TÜRKPA-nın koordinatorluğu və TürkiyəBöyük Millət Məclisinin ATƏT-dəki nümayəndə heyətinin sədri cənabSelami Altınokun ev sahibliyində ATƏT-dəki nümayəndə heyətlərininkoordinasiya iclası baş tutub.

Trend xəbərverir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,Macarıstan, Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri vəüzvləri, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələriiştirak edib.

Selami Altınok bütün qonaqları salamlayaraq koordinasiyagörüşünün əhəmiyyətini vurğulayıb. O, qardaş türk dünyasıölkələrinin nümayəndə heyətlərinin belə görüşlərinin ortaq tarixivə mədəni irsin bölüşülməsi baxımından mühüm olduğunu qeyd edərək,bunun türk dövlətləri arasında davamlı əməkdaşlıq və birliyin dahada güclənməsinə xidmət edəcəyini bildirib.

İclasda ortaq əməkdaşlığın gücləndirilməsi, ATƏT PA və digərbeynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara xidmət edənbirgə fəaliyyət mexanizminin və yol xəritəsinin hazırlanması,habelə TÜRKPA Beynəlxalq Katibliyinin 2008-ci ildə imzalanmışqurucu İstanbul Sazişinin müvafiq müddəalarına əsasən bukoordinasiya prosesində hərtərəfli iştirak etməsi və tərəflərarasında onlayn və oflayn əlaqələrin lazımi səviyyədə təminedilməsi kimi mühüm məsələlər müzakirə edilib.

Bundan başqa, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu almasıilə bağlı Qazaxıstan tərəfinin irəli sürdüyü təklif bütüniştirakçılar tərəfindən dəstəklənib və bu istiqamətdə konkretaddımların atılması barədə ortaq mövqe ifadə edilib.

TÜRKPA Baş katibi cənab Ramil Həsən çıxışı zamanı bu istiqamətdəTÜRKPA Beynəlxalq Katibliyinin üzərinə düşəcək bütün vəzifələriməsuliyyətlə icra edəcəyini bildirirərək üzv ölkələrin parlamentsədrlərinə və nümayəndə heyətlərinə proses haqqında ətraflı məlumatveriləcəyini qeyd edib. O həmçinin vurğulayıb ki, gələcəkdə üzvölkələrin ortaq maraqlarına xidmət edəcək məsələlərin səsvermədənəvvəl müzakirəyə çıxarılması və ehtiyac yarandıqda tövsiyəxarakterli qərarların qəbul olunması üçün TÜRKPA BeynəlxalqKatibliyində bütün imkanlar mövcuddur və bu imkanlar qardaş Türkdövlətlərinin və onların parlamentlərinin birliyinə xidmətedir.

Koordinasiya iclasında Özbəkistan Respublikası Ali Məclisininhər iki palatasının nümayəndələrinin iştirakından istifadə edəncənab Ramil Həsən, Özbəkistanın yaxın zamanda TÜRKPA-da üzvlük əldəetməsi ilə bağlı çağırışını yenidən səsləndirib.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiyakatibi Aynurə Abutalıbova da iştirak edib.

TÜRKPA
TÜRKPA
TÜRKPA
Məqalədə:
Избранный
269
29
az.trend.az

10Источники