RU

Osimenin zədəsi “Qalatasaray”lı azarkeşləri qorxutdu

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen DÇ-2026-nın pley-off mərhələsinin finalında Nigeriya millisinin Konqo Demokratik Respublikası ilə oyunu zamanı zədələnərək, meydanı göz yaşları içində tərk edib.

“Yeni Sabah” xəbər verir ki, nigeriyalı menecer Erik Çelle Osimenin ayağının arxasındakı narahatlıq səbəbindən fasilədə əvəzləndiyini bildirib.

"Qalatasaray" azarkeşlərinin səbirsizliklə xəbər gözlədiyi Osimenlə bağlı sosial mediada açıqlama yayılıb.

Osimenin yaxın dostu Buchi Laba deyib ki, futbolçu lazımi müayinə və tibbi yardım üçün ən qısa zamanda İstanbula dönəcək. İlkin əlamətlər zədənin ciddi olmadığını göstərir.

Ulduz futbolçunun qarşıdakı matçlara çıxıb-çıxmayacağına İstanbuldakı müayinələrdən sonra qərar veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
4
yenisabah.az

10Источники