RU

Tramp Maduronu devirdikdən sonra Azərbaycana sürgün edəcək...


ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduronu devirdikdən sonra ölkədən sürgün etməyi nəzərdən keçirir. Mənbələrin sözlərinə görə, Vaşinqton Maduro hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə ölkəni təhlükəsiz şəkildə tərk etməsi üçün bir neçə variantı müzakirə edir.

Maduronun gedə biləcəyi mümkün ölkələr arasında Azərbaycanın da adı çəkilir. Mənbələrə görə, Maduro hakimiyyətdən gedərsə, Rusiyaya, Azərbaycana və ya Kubaya getməyə razı olmazsa, Türkiyəyə köçməyi düşünməli olacaq.

"Politico" qəzeti müzakirələrdən məlumatlı iki mənbəyə istinadən xəbər verir ki, Tramp administrasiyasından bəziləri Venesuela liderinin həbs olunmasını və ABŞ-da mühakimə olunmasını təklif edir.

Bu arada, təyyarədaşıyan “Gerald Ford” gəmisinin öncüllük etdiyi ABŞ gəmilərindən ibarət zərbə qrupu 16 noyabr axşamı Karib dənizinə girib. ABŞ Ordu katibi Daniel Driskoll lazım gələrsə quru qoşunlarının Venesuelaya girməyə hazır olduğunu bildirib.

Vaşinqton Venesuela hökumətini narkotik qaçaqmalçılığı ilə yetərli mübarizə aparmamaqda ittiham edir. "The Washington Post" qəzeti ABŞ prezidentinin MKİ-yə Venesuelada gizli əməliyyatlar aparmaq səlahiyyəti verdiyini, lakin Trampın 3 noyabrda ABŞ-ın Cənubi Amerika ölkəsi ilə müharibə etmək niyyətində olmadığını bildirdiyini yazıb. Daha sonra Tramp Karakas üçün strategiya barədə artıq qərar verdiyini açıqlayıb.

Bu hadisələr fonunda Maduro qitədə sülhü qorumaq üçün amerikalıları Bolivarçı Respublikanı dəstəkləməyə çağırıb. "Politico" mənbələrinə görə, Ağ Evin Venesuela müxalifəti ilə təmaslarına baxmayaraq, müxalifət nümayəndələri ölkənin gələcəyi ilə bağlı ciddi danışıqlara cəlb edilməyib.

TAHİR

Избранный
60
30
baki-xeber.com

10Источники