AZ

Tramp Maduronu da yola gətirir?

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Venesuela rəhbərliyi Vaşinqtonla danışıqlara ümid bəsləyir.

Musavat.com xəbər verir ki, o, bu barədə Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.

“Bəlkə də bizim müzakirələrimiz olacaq. Ola bilsin, Maduro ilə danışıqlar aparaq. Görək, bu hara aparacaq”, - deyə Tramp qeyd edib.

Jurnalistlərin “müzakirələrin məzmunu nədən ibarət ola bilər” sualına isə o, konkret cavab verməyib: “Bilmirəm, bunu siz mənə deyin”.

Donald Trampdan həmçinin soruşulub ki, administrasiyası Venesuela ilə bağlı mümkün addımlar məsələsində ABŞ Konqresi ilə koordinasiya aparırmı?

“Biz istərdik ki, Konqres prosesə cəlb olunsun”, - deyə Tramp qeyd edib.

“Biz onların icazəsini almağa məcbur deyilik, amma düşünürəm ki, onların məlumatlandırılması yaxşı olardı”, - o bildirib.

Maduro dəfələrlə bəyan edib ki, ölkəsi son 100 ilin ABŞ tərəfindən mümkün müdaxiləsi ilə bağlı ən ciddi təhdidlə üz-üzədir. Vaşinqton isə Karakas hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı kifayət qədər fəal mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində səkkiz hərbi gəmi, bir atom sualtı qayığı və 16 mindən çox hərbçi yerləşdirib, sentyabrdan etibarən isə beynəlxalq sularda Venesueladan narkotik qaçaqmalçılığında ittiham edilən ən azı 20 sürətli qayığı və 76 nəfəri məhv etdiyini açıqlayıb.

16 noyabrda Pentaqon ABŞ-ın “Gerald R. Ford” aviadaşıyıcısı başda olmaqla hücum qrupunun Karib dənizinə daxil olduğunu bildirib.

“The New York Times” qəzetinin məlumatlarına görə, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib. ABŞ mediası dəfələrlə yazıb ki, yaxın vaxtlarda ABŞ Venesueladakı narkokartellərin obyektlərinə zərbələr endirməyə başlaya bilər.
11 noyabrda Donald Trampa Venesuelaya qarşı potensial əməliyyatların yenilənmiş planları təqdim edilib, o cümlədən quru hədəflərinə zərbələr. Bu planlarla tanış olduqdan sonra Tramp jurnalistlərə bildirib ki, Vaşinqtonun Venesuela ilə bağlı hansı addımlar atmalı olduğu barədə öz mövqeyini formalaşdırıb.

Musavat.com

Seçilən
72
50
musavat.com

10Mənbələr