RU

Ağstafada yaşlı qadın su quyusuna düşərək boğulub - FOTO

AĞSTAVA, 17 noyabr. TELEQRAF

Ağstafa sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Yenigün kənd sakini 1951-ci il təvəllüdlü Gülabatın Qəhrəmanova həyətdəki su quyusuna düşüb.

Hadisədən gec xəbər tutan yaxınları qadını xilas edəbilməyiblər.

Vəfat etmişGülabatın Qəhrəmanovanın 74 yaşı var.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Избранный
125
20
teleqraf.com

10Источники