AZ

Ağstafada 74 yaşlı qadın su quyusuna düşərək boğulubVİDEO

Ağstafanın Yenigün kəndində 74 yaşlı qadın həyətdəki su quyusuna düşərək boğulub.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakini Gülabatın Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb.

Onun meyitini quyudan oğlu və gəlini çıxarıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Ekspertizadan sonra ailəsinə təhvil verilən meyit kənd qəbiristanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
58
20
xezerxeber.az

10Mənbələr