RU

Masazırda sexdə qəza olub, 45 yaşlı kişinin əli amputasiya edilib

Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində baş verib.

Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.

Избранный
99
9
apa.az

10Источники