RU

ABŞ PUA-ların bəşəriyyət üçün təhlükə yaratdığını etiraf edib

Bakı. Trend:

ABŞ ordusu Pilotsuz uçuş aparatlarının yaratdığı real təhlükəniqəbul edir.

Trend-inməlumatına görə, bunu ABŞ-nin ordu naziri Daniel Driskoll CBStelekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ ordusuna pilotsuz təyyarələrə qarşımüdafiə sistemlərinin inkişaf etdirilməsi tapşırılıb və bu vəzifəindiyədək öhdəsinə götürdüyü işlərdən tamamilə fərqlidir.

Driskoll qeyd edib ki, müasir dronlar əldəqayırma partlayıcıqurğular kimi istifadə edilə bilər: "Onlar ucuzdur, evdə 3D-çapetmək mümkündür və sərhədləri çox asanlıqla keçirlər."

Nazir pilotsuz uçuş aparatlarını "bəşəriyyət üçün təhlükə"adlandıraraq, Rusiya-Ukrayna müharibəsində dronların səbəb olduğu"məhvetmənin miqyası və sürəti"nə diqqət yetirilməli olduğunuvurğulayıb.

O əlavə edib ki, federal hökumət dronlara qarşı mübarizədə lidermövqe tutmalıdır: "Amma mən optimistəm və düzgün iş gördüyümüzəinanıram."

Избранный
97
az.trend.az

1Источники