RU

Juninyo 7 aylıq fasilədən sonra qol vurdu - Video

style='margin-bottom:10px;'>

"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Flamenqo"da (Braziliya) çıxış edəm Juninyo uzun fasilədən sonra qol vurub.

QOL.az xəbər verir ki, 27 yaşlı forvard A seriyasının 12-ci turunda ötən gecə "Sport Resife"yə qarşı oyunda fərqlənib.

Juninyo 56-cı dəqiqədə meydana daxil olub və 5 dəqiqə sonra komandasınn 2-ci qolunu vurub. Oyun "Flamenqo"nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, "Flamenqo"da heyətə düşməkdə çətinlik çəkən Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur. O, sonuncu dəfə aprel ayında Libertadores Kubokunun qrup mərhələsində “Deportivo Taçira” ilə görüşdə qol vurmuşdu.

Xatırladaq ki, Juninyonun qışda komandadan ayrıla, hətta “Qarabağ”a qayıda biləcəyinə dair qeyri-rəsmi xəbərlər yayılıb.

Избранный
34
2
teleqraf.com

5Источники