AZ

Juninyo 7 aydan sonra qol vurdu

"Qarabağ"ın ölkəsinin "Flamenqo" klubuna satdığı braziliyalı hücumçu Juninyo uzun fasilədən sonra qol vurub.

O, A Seriyasının 12-ci turu çərçivəsində ötən gecə baş tutan matçda "Sport Resife"nin qapısına yol tapıb.

27 yaşlı forvard 56-cı dəqiqədə meydana çıxıb və 5 dəqiqə sonra komandasınn 2-ci qoluna imza atıb. Oyun "Flamenqo"nun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, "Flamenqo"da heyətə düşməkdə çətinlik çəkən Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur. O, sonuncu dəfə aprel ayında Libertadores Kubokunun qrup mərhələsində “Deportivo Taçira” ilə matçda fərqlənmişdi. (fanat.az)

Seçilən
34
4
musavat.com

5Mənbələr