RU

Şəhərin mərkəzindəki bu mağaza Cabir İmanova məxsus imiş - VİDEO

Şəhərin mərkəzində mərhum Əməkdar artist Cabir İmanova məxsus mağaza fəaliyyət göstərirmiş.

"Bakuinfo" xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, mağazada Cabir İmanovun əl işləri satılır.

"Murtuza Muxtarov küçəsi, 3… “BYJABA” salon-mağazası…Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır. Bizi çox erkən tərk edən Cabirin.

Buradakı hər bir şey - “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar - hamısı onun dizaynıdır. Bu sadəcə bir salon deyil. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır. Gəlin və onun baxışları ilə yaradılmış bu aləmi görün, bizə miras qoyduğu gözəlliyə toxunun", - deyə B.Bağırzadə bildirib.

[media=]

Избранный
105
4
bakuinfo.net

10Источники