RU

ABŞ Karib dənizində daha bir gəmini vurdu – 4 nəfər öldürüldü

ABŞ-ın Karib hövzəsində apardığı genişmiqyaslı antinarkotik əməliyyatlar çərçivəsində daha bir gəmi məhv edilib.

Musavat.com xəbər verir ki, 10 noyabr tarixində “Southern Spear” (“Cənub Kəməndi”) birgə operativ qrupu ABŞ-ın "müharibə naziri" Pit Hegsettin birbaşa göstərişi ilə hədəfi zərərsizləşdirib.

Rəsmi məlumatda bildirilir ki, gəmi beynəlxalq sularda narkotik maddələrin daşınması ilə məşğul olan və ABŞ tərəfindən “terrorçu təşkilat” kimi tanınan qruplaşmaya məxsus olub.

ABŞ qüvvələri gəmini ölümcül kinetik zərbə ilə vurub. Zərbə nəticəsində gəmidə olan 4 narkoterrorçu məhv edilib və gəmi tam olaraq sıradan çıxarılıb.

ABŞ rəsmiləri bu əməliyyatı regionda narkotik axınının qarşısını almaq və kartellərin fəaliyyətini sıfırlamaq məqsədi daşıyan “Southern Spear” kampaniyasının növbəti uğuru kimi dəyərləndirirlər.

Siyasətçilər və təhlükəsizlik ekspertləri bildirirlər ki, yeni administrasiyanın sərt addımları ABŞ-ın Karib hövzəsində nüfuzunu gücləndirməklə yanaşı, narkotik ticarəti ilə məşğul olan silahlı qruplara qarşı təzyiqi kəskin artıracaq.

Hazırda ABŞ dəniz qüvvələri bölgədə patrul fəaliyyətini gücləndirib və yeni hədəflərin müəyyənləşdirilməsi üçün əlavə kəşfiyyat vasitələri cəlb edilib.



Musavat.com

Избранный
134
40
musavat.com

10Источники