Amerika ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıyan gəmiyə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (USSOUTHCOM) məlumat yayıb.
Bəyanata görə, 15 noyabrda “Cənub nizəsi” adlı birləşmiş operativ qrup ABŞ-ın müharibə naziri Pit Heqsetin göstərişi ilə “öldürücü kinetik zərbə” həyata keçirib. Kəşfiyyat məlumatlarına əsasən, gəmi terror təşkilatına məxsus olub və narkotik qaçaqmalçılığı ilə məşğul imiş. Hücum nəticəsində göyərtədə olan üç nəfər məhv edilib.
Noyabrın 7-də Heqset Karib dənizində “narkoterrorçuların gəmisi”nə yeni zərbə endirildiyini açıqlamışdı.