RU

Zəngilana daha 110 nəfər köçüb (Yenilənib)

ain.az, Reyting.az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.Reyting.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.***Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb.Reyting.az xəbər verir ki, doğma yurduna qayıdan sakinlərə açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
3
reyting.az

7Источники