RU

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını "Stadio Diego Armando Maradona"da izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün ayrılmış vauçerlər satışa çıxır.

Paralel.az xəbər verir ki , bu barədə "Qarabağ"ın mətbuat xidmətindən bildiirlib.

Qeyd edilib ki, vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti 110 AZN-dir.

Vauçerləri ilkin olaraq iTicket.az-da əldə etmək mümkündür. Oyun gününə qədər biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Klubun açıqlamasında bildirib ki, azarkeşlər e-mail ünvanının düzgün yazılmasından əmin olmalıdır və biletlər yalnız göstərilən e-mail ünvanına göndəriləcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

Избранный
70
14
paralel.az

10Источники