BAKI, 14 noyabr. TELEQRAF
2025-ci il oktyabr ayının 1-i vəziyyətinə görə hazırda 4701 nəfər Azərbaycan Prezidentinin fəxri adlara görə təqaüdünə layiq görülüb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 243 nəfərə "Xalq" fəxri adına, 4458 nəfərə isə "Əməkdar" fəxri adına görə təqaüd təyin edilib.