RU

"Tramp marşrutu" ya 49, ya da 99 illiyə icarəyə veriləcək - Paşinyan

Ajans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizlik üzrə keçirilən konfransda açıqlayıb. 8 avqustda Vaşinqtonda müvafiq bəyannamə imzalanarkən 99 illik icarə müqaviləsi müzakirə olunub. İndi yeni ssenari də müzakirəyə çıxarılıb. Ermənistan baş naziri izah edib ki, şərtlər investisiya və onun gəlirliliyi ilə bağlıdır. İnvestor müəyyən mənfəətlə yanaşı, investisiyalarından gəlir əldə edəcəyinə dair zəmanətə malik olmalıdır. Qeyd edək ki, Nikol Paşinyanın dünən parlamentdəki çıxışı zamanı bildirib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılacaq.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan ABŞ-a marşrutun (Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən) inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək və bu hüquqlar vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqəsi yarada biləcək. Amerika tərəfi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.

İki ölkənin xarici işlər nazirləri həmçinin ATƏT-in Minsk Qrupunu və onunla əlaqəli strukturları bağlamaq üçün birgə müraciət imzalayıblar. Nazirlər həmçinin gələcək sülh müqaviləsinin mətnini paraflayıb və daha sonra dərc ediblər.

Избранный
60
16
Ajans.az

10Источники