Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında oyunu şərh edib:

"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf, məğlub olduq. Rəqibin gücü bəlli idi, son oyuna şanslarını saxlamaq istəyrilər. Yaxşı komandadır, Ukrayna ilə müqayisə etsək, komanda ilə daha yaxşı təsir bağışlayırlar. Sadə qollar buraxdıq. İkinci hissədə daha yaxşı idik. Sona qədər mübarizə apardıq. Son oyunumuza - Fransaya qarşı matça hazırlaşacağıq".