"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Ceremi Doku komandasının cari mövsümdəki çıxışı barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, futbolçu komandasının çox çalışdığını qeyd edib:
“Biz çox çalışırıq və daha yaxşı olmağa çalışırıq. Rəqiblərimiz, o cümlədən “Arsenal” bizi maraqlandırmır. Biz bilirik ki, hər şey özümüzdən asılıdır. Əgər “Mançester Siti” ən yaxşı oyununu göstərərsə, bizə qarşı oynamaq çox çətin olacaq", – deyə belçikalı vinger klubun mətbuat xidmətinə açıqlama verib.
Qeyd edək ki, Premyer Liqanın son qarşılaşmasında Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda "Liverpul"a 3:0 hesabı ilə qalib gəlib. Hazırda "Mançester Siti" 22 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.