ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan-Macarıstan futbol matçı zamanı erməni azarkeşlərin tribunada qaldırdığı banner böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xronika Kavkaz” teleqram kanalı məlumat yayıb. Belə ki, banner üzərində “Ermənistana xoş gəlmisiniz. Burada dinc yata bilərsiniz” sözləri yazılıb.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bannerin mətninin 2004-cü ilin fevralında Budapeştdə baş vermiş hadisəyə – azərbaycanlı hərbçi Ramil Səfərov tərəfindən erməni zabit Qurgen Marqaryanın qətlə yetirilməsinə eyham etdiyi bildirilir.
Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, stadionlarda nifrət çağırışları və siyasi məzmunlu mesajların nümayişi ciddi şəkildə qadağandır.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.