RU

“Asadov Pro Bridge” FİFA agentlərini Bakıda bir araya gətirdi - VİDEO+FOTOLAR

“Asadov Pro Bridge” Futbol Agentliyinin təşkil etdiyi üçgünlük səfər proqramının yekun hissəsi olaraq, Portuqaliya, Albaniya, İsveçrə, Türkiyə, Koreya, Yaponiya, İngiltərə, Serbiya və Polşadan olan 11 beynəlxalq FIFA lisenziyalı futbol agenti agentliyin təşkil etdiyi Gala Dinner tədbirində iştirak ediblər.

Tədbir bu xüsusi proqramın rəsmi bağlanış mərhələsi olmaqla yanaşı, qonaqlarla daha dərin futbol müzakirələri aparmaq üçün ideal platforma yaradıb.

Gecə ərzində “Asadov Pro Bridge”in qurucusu və FIFA lisenziyalı futbol agenti Emil Asadov agentliyin fəaliyyəti, qlobal əməkdaşlıq prinsipləri, qarşıdakı hədəflər və beynəlxalq layihələr barədə qonaqlara ətraflı məlumat təqdim edib.

Həmçinin səfərin ilk günündən son gününə qədər keçirilən görüşlərin ümumi qiymətləndirilməsi aparılıb və bu proqramın Azərbaycan futbolu üçün əhəmiyyəti vurğulanıb.

Tədbirdə beynəlxalq agentlərin səfər boyunca əldə etdikləri təəssüratlar dinlənilib, onların Azərbaycan futbol infrastrukturu, klubların fəaliyyəti və yerli futbol mühiti ilə bağlı qeyd və rəyəri müzakirə olunub.

Səmimi atmosferdə keçən Gala Dinner qonaqlarla əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı inamın artmasına və gələcək əməkdaşlıqlar üçün sağlam baza yaranmasına şərait yaradıb.

Gecənin sonunda beynəlxalq agentlər və “Asadov Pro Bridge” komandası birlikdə xatirə şəkli çəkdirərək üçgünlük proqramın uğurlu tamamlanmasını qeyd ediblər.

“Asadov Pro Bridge” olaraq inanırıq ki, bu kimi tədbirlər Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanıdılmasına, qlobal futbol əlaqələrinin inkişafına və ölkəmizdə agentlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Agentliyimizin prioriteti Azərbaycan futbolunun potensialını dünyaya tanıtmaq və ölkəmizi beynəlxalq futbol şəbəkəsinin ayrılmaz hissəsinə çevirməkdir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
42
sportinfo.az

1Источники