RU

Real və Liverpul futbolçularını dəyişə bilərlər

Sportal.az saytına istinadən ain.az xəbər verir.

“Real” Rodriqo Qoesi “Liverpul”un yarımmüdafiəçisi Florian Virtslə dəyişdirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

“Kral klubu”nun baş məşqçisi Xabi Alonso “Bayer”də birgə işlədiyi dövrdən almaniyalı futbolçunun imkanlarını yaxşı tanıdığından bu mübadiləni dəstəkləyir. Qeyd olunur ki, Rodriqo bu mövsümdə oyun praktikasının azlığından narazıdır. Buna görə də artıq qarşıdakı qış transfer dönəmində klubdan ayrılmaq istəyir.

Qeyd edək ki, Florian Virts bu mövsüm “Liverpul”un heyətində 16 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb. Öz növbəsində, Rodriqo "Real" forması ilə 13 matçda 2 asist edib.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
sportal.az

2Источники