RU

Millimizin sabiq üzvləri diskvalifikasiya edildi

Azərbaycan millisinin keçmiş futbolçusu Mert Çelik futboldan kənarlaşdırıldı

Minval.info xəbər verir ki, Azərbaycan millisinin formasını da geyinmiş 25 yaşlı müdafiəçi Mert Çelik futboldan 45 gün müddətinə kənarlaşdırılıb.

Bakupost.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub.

Eyni səbəbdən Azərbaycan millisinin daha iki keçmiş futbolçusu – Emre KaplanMurad Cem Akpınar də 45 gün müddətinə futboldan diskvalifikasiya olunublar.

Bundan əlavə, “Qalatasaray” klubundan Eren ElmalıMetehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan uzaqlaşdırılıb. Xəbərdə bildirilir ki, E. Elmalı 45 gün, M. Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Mert Çelik Azərbaycanda “Neftçi” və “Səbail” klublarında da çıxış edib. Emre Kaplan Azərbaycanın U-19 və U-21, Murad Cem Akpınar isə U-17 millisində forma geyinib.

Minval.info

Избранный
25
4
minval.info

5Источники