RU

Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB

Son günlər “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun səhhətində ciddi problemlərin yaranması ilə bağlı xəbərlər yayılıb. Üstəlik, məhkəmə prosesi getdiyi üçün onun xaricdə müalicə almaq məqsədilə ölkədən çıxa bilməməsi ilə bağlı iddialar olunur.

“Şərurlu İsfəndiyar” iddialarla bağlı Bizim.Media-ya danışıb. O, yayılan məlumatları təkzib edib:

“Səhhətimdə heç bir problem yoxdur və ölkədən çıxmaqla bağlı iddialar həqiqəti əks etdirmir. Elə ən sağlam adam da mənəm. Ölkədən də çıxmıram, çıxmaq fikrim belə yoxdur”, - deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

Избранный
13
1
bizim.media

2Источники