RU

AFFA-dan “Qarabağ”ın futbolçusuna 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 10-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 10-cu tur

“Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı” 200 manat cərimə ödəyəcək.

“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt”ın futbolçusu Hüseyn Xıdırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın digər futbolçusu Rəvan Məşiyev də ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Sumqayıt” buna görə də 50 manat cərimə ödəyəcək. Oyunun 85-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb. Ağdam komandası 800 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
39
19
arena.az

10Источники