RU

Erməni spiker blogerdən 6500 dollar və üzr tələb edir

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alen Simonyan təhqirə görə Vazgen Saqatelyanı məhkəməyə verib

Ermənistan Parlamentinin sədri Alen Simonyan sosial mediada paylaşdığı təhqirlərə görə bloger Vazgen Saqatelyana qarşı 6500 dollarlıq iddia qaldırıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Simonyan təhqirə görə 2 milyon dram (5000 dollardan çox) təzminat və hüquqi xərcləri ödəmək üçün 530.000 dram (vəkil üçün 480.000 dram və dövlət rüsumu olaraq 50.000 dram) tələb edir.

Simonyan həmçinin Saqatelyanın təhqiramiz ifadələrinə görə üzr istəməsini tələb edir.

Simonyan hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra blogerlər Narek Samsonyan və Vazgen Saqatelyanın saxlanılması ilə bağlı şərh verib.

Spikerin sözlərinə görə, kiminsə intim həyatını müzakirə etmək yolverilməzdir. Bundan əlavə, hesab edir ki, onun təhdidlərində cinayət tərkibi var.

"Bəli, hər kəs qanuna uyğun olaraq cəzalandırılacaq. Xuliqanlıq edən və təhdid edən hər kəs. Təəccüblü bir şey yoxdur", - deyə Ermənistan Parlamentinin sədri jurnalistlərə bildirib.

Simonyan düzgün iş gördüyünə əmindir. O təhdid və təhqir alan hər kəsi hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Qeyd edək ki, 13 noyabr səhəri maskalı Milli Təhlüləsizlik Xidməti əməkdaşları "İmnemnimi" podkastının aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərinə basqın edib və onları saxladıqdan sonra İstintaq Komitəsinə aparıblar. Bildirilib ki, onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Daha sonra vəkil Ruben Melikyan bildirib ki, onlar spiker Simonyana ünvanlanmış təhqiramiz ifadələrə görə başlanan xuliqanlıq işi ilə əlaqədar saxlanılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
ayna.az

1Источники