RU

AFFA-dan Ramiz Məmmədova 2 oyunluq cəza - ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqasının 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 7-ci tur

“Mingəçevir” – “Şəfa” oyununun 63-cü dəqiqəsində “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Mingəçevir” buna görə 1500 manat cərimə edilib. “Mingəçevir”in azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib. Bu oyunda “Şəfa”nın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Şimal” oyununun 90+3-cü dəqiqəsində “Şimal”ın futbolçusu Sabir Əlişan qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Şimal” buna görə 2400 manat cərimə edilib.

“Difai” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə ödəyəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
16
21
arena.az

10Источники