RU

“Barselona"da ən böyük səhvim bu oldu"

"Barselona"nın əfsanəvi yarımmüdafiəçisi və sabiq baş məşqçisi Xavi Ernandes Kataloniya klubunda çalışarkən etdiyi ən böyük səhvi açıqlayıb.

Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Xavi bildirib ki, komandada işə başlayanda futbolçular üçün çox yüksək standartlar müəyyən etmişdi, çünki klub əvvəlki aşağı gözləntilər dövründən çıxırdı.

"Mənim səhvim bu yüksək tələbləri cəmi bir il boyunca saxlamaq oldu. Titul qazandıqdan sonra futbolçuların motivasiyası və oyun intizamı zəifləyirdi və bu, nəticələrə birbaşa təsir etdi. Son mövsümü kuboksuz başa vurduqdan sonra komandadan ayrıldım."

Qeyd edək ki, Xavi 2021-2024-cü illər ərzində "Barselona"nı çalışdırıb və bu müddət ərzində La Liqa çempionluğu və İspaniya Superkuboku qazanıb.

Hüseyn
Milli.Az

Избранный
18
50
milli.az

10Источники