RU

Millimizin UEFA İnkişaf Turniri üçün heyəti bəlli oldu

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib.

"Cebheinfo.az" AFFA-ya istinadən xəbər verir ki, komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.

Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.

18 noyabr

12:00. Monteneqro – Azərbaycan

20 noyabr

12:00. Azərbaycan – Bolqarıstan

23 noyabr

15:00. Moldova - Azərbaycan

Qeyd edəki, oyunlar Moldova Futbol Federasiyasının Texniki Mərkəzində təşkil olunacaq. Matçların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

"Cebheinfo.az"

Избранный
33
1
cebheinfo.az

2Источники