RU

Xefren Türam və Florian Toven də Bakıya gələcəklər

“Yuventus”un yarımmüdafiəçisi Xefren Türam və “Lans”ın hücumçusu Florian Toven Fransa yığmasının heyətində Azərbaycana səfər edəcəklər.

Arena.az bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Belə ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmaları ilə üz-üzə gələcək Fransa millisinə yeni futbolçular cəlb ediliblər.

Florian Toven bir neçə gün öncə İngiltərənin “Tottenhem” klubunun heyətində zədə almış Randal Kolo Muaninin əvəzində yığmaya cəlb edilib. Xefren Türam isə İspaniya təmsilçisi “Real”da çıxış edən Eduardo Kamavinqanın zədələnməsindən sonra yığmaya çağırılıb. Kolo Muanidən fərqli olaraq, Kamavinqa yığmanın heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu onun qarşıdakı oyunlardan ən azı birində iştirakına ümid edirlər.

Qeyd edək ki, Fransa seçməsi bu gün doğma meydanda Ukrayna yığması ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Azərbaycan – Fransa görüşü isə noyabrın 16-da Bakıda təşkil ediləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
28
2
arena.az

10Источники