RU

Fuad Nəcəflinin korrupsiya dosyesi istintaqa göndərilib

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sevimli “canişin” əfəndiniz (dünən vəzifəsindən azad edilən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli: red) vəzifədə olduğu (22 dekabr 2022 – 12 noyabr 2025) 4 ilə yaxın dövr ərzində taladığı dövlət əmlakının hamısını qaytarsa belə, aşkarlanan böyük həcmli yeyintinin altından qalxa bilməyəcək. Çünki söhbət milyonlarla manat vəsaitdən gedir.

Tribuna-nın məlumatına əsasən, bu barədə siyasi şərhçi Heydər Oğuz yazıb. O paylaşımında bildirib ki, Fuad Nəcəflinin korrupsiya dosyesi istintaqa göndərilib:

““Canişin” əfəndi “xan” taxtında oturdulandan bir müddət sonra onun fəaliyyəti ciddi nəzarət altına alınmış və Naxçıvanda vaxtaşırı audit yoxlamaları keçirilmişdir. Xüsusilə bu il intensiv xarakter alan audit yoxlamaları zamanı bir çox təyinatı üzrə sərf olunmayan xərclər müəyyənləşdirilmiş, hətta bu faktlar bir araya toplanıb istintaqı aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna və DTX-ya göndərilmişdir.

Hər halda bunu mən yox, Hesablamalar Palatasının rəsmi sənədləri iddia edir. Palatanın 15/04/2025-ci il tarixli hesabatında bildirilir: “4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib”.

Bir sözlə, bir az ehtiyatlı olmanız məsləhətdir; “canişin” əfəndini işdən qovan əsl səbəbkara qarşı da artıq-əskik söz desəniz, qaş düzəltmək yerinə basıb göz çıxararsınız.

Onu da qeyd edim ki, Hesablamalar Palatasının üzə çıxardığı yeyintilərin böyük qismi bərpaolunmaz itkilərdir. Zira bu vəsaitin böyük qismi planlaşdırılmayan tədbirlərin keçirilməsinə, guya işçilərə ödənən əlavə maaş və mükafatlara sərf olunub. Müftə yerdən pul yağdığını görən işçilər və tədbir iştirakçıları isə “bəy verən atın dişinə baxmadan” əldə etdikləri vəsaitləri xırıd ediblər. Məntiqlə, sevimli “canişin” əfəndiniz vəzifədə olduğu (22 dekabr 2022 – 12 noyabr 2025) 4 ilə yaxın dövr ərzində taladığı dövlət əmlakının hamısını qaytarsa belə, aşkarlanan böyük həcmli yeyintinin altından qalxa bilməyəcək. Çünki söhbət milyonlarla manat vəsaitdən gedir. Deyək ki, bu məbləğin 30 min manatlıq tualet kağızına sərf olunan hissəsini onun və hörmətli qonaqlarının qara gözlərinə (baxmayaraq ki, bu zati-möhtərəmlər həmin qurulayıcı vasitə ilə təkcə gözlərinin yaşını silməyiblər) keçdilər. Bəs digər milyonlarla manatı necə izah edəcək?”.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
tribunainfo.az

2Источники