RU

Məşhur reper haqda qərar verildi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Məşhur reper və prodüser Şon Kombsun (P. Diddi) həbs müddəti uzadılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

“Əvvəlcə onun 2028-ci il mayın 8-də azadlığa buraxılması nəzərdə tutulmuşdu. İndi cəzası 2028-ci il iyunun 4-nə qədər uzadılıb. Qərarın təxirə salınmanın səbəbi bəlli deyil”, – deyə bildirilib.

Nəşr qeyd edib ki, Kombsun cəza müddəti qaydaları pozduğuna görə uzadılıb.

Bundan əvvəl iddia olunurdu ki, reper dəmir barmaqlıqlar arxasında evdə hazırlanmış spirtli içki içərkən tutulub.

Xatırladaq ki, oktyabr ayında məhkəmə P. Diddini 50 ay həbs cəzasına məhkum edib. Məhkəmə sənətçini insanları fahişəliyə cəlb etməkdə günahkar bilib, lakin ona ən ağır ittihamlardan – reketçilik və cinsi istismar məqsədilə insan alveri ittihamlarından bəraət qazandırıb.

Günel Cəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
globalinfo.az

1Источники