RU

"Azərbaycan evdə daha güclüdür" - Hannes Halldorsson

Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Buna görə də bizi çox çətin qarşılaşma gözləyir.

"Unikal" xəbər verir ki, bu fikirləri vaxtilə “Qarabağ”da çıxış etmiş İslandiya millisinin keçmiş qapıçısı Hannes Halldorsson söyləyib. O, Bakıdakı görüşün İslandiya üçün həlledici əhəmiyyət daşıdığını bildirib: “İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır. Bu matçı mənim üçün daha maraqlı edən bir məqam da var. Reykyavikdəki görüşü izləmişdim, Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

Избранный
90
50
unikal.az

10Источники