RU

Bakıda yanğında ölən şəxs Vətən müharibəsi iştirakçısı imiş

Noyabrın 11-də paytaxtın Suraxanı rayonunda baş vermiş yanğında ölən şəxsin kimliyi müəyyənləşib.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzildə baş verən yanğında ölən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsində iştirak edibmiş.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə vaxtı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakıda

Избранный
19
11
editor.az

10Источники